AZ TR RU EN

Həyatımızın ilk pəncərəsinin açıldığı "ailə" müəssisəsini ayaqda üstə saxlayan sağlam prinsiplər, ənənələr, gündəlik davranışlar, müəssisənin uzun müddətli var olmasını təmin edirlər. Bir müəssisə, yaşayan bir orqanizm olaraq təsvir edilərkən, onun, eynilə insanlar kimi emosional və ictimai həyata sahib olaraq və daha çox çalışaraq, səy göstərərək, fiziki, mənəvi, zehni və ictimai zəkasını inkişaf etdirməsi gözlənilir. Rəqabətin güçlü olduğu bir dünyada ayaq üstə qala bilmək üçün əsas şərt öyrənmək və inkişaf etməkdir. Bir tərəfdən məhsul və xidmətlərin keyfiyyətini inkişaf etdirən xarici təcrübə ilə müəssisənin özünə olan etibarı və əhvalı güclənərkən, digər tərəfdən daxili inkişafı təmin edən təcrübə ilə yaradıcılıq hərəkətə keçirilir.

Korporativ çətinlikləri bilmək, təşkilati duyğuların fərqində olmaq və bu məlumatlılığı; açıqlıq, güvən və qürur ilə xarakterizə edilən bir təşkilat mədəniyyəti üçün istifadə etmək, təşkilatların müvəffəqiyyətli olmasında əhəmiyyətli rol oynayır. Mal və sərmayənin ölkələr arası sərbəst dolaşa bildiyi bir dövrdə, təşkilatların dünya standartlarına uyğunlaşması və bunun üçün "qlobal" irəliləyiş strategiyalarının hazırlaması və bu strategiyalarının də nəticə verə bilməsi üçün ortaya qoyduğu hədəflərinin də şübhəsiz iddialı olması lazımdır. 1973-cü ildə Kiyasi Şəntürk və qardaşları, şirkət yaratmaq cəhdlərini başlatdıqlarında rəqabətcil dünyada ayaqda dura bilən, ölkədaxili və xarici təlimləri də əhatə edən, qlobal irəliləyişi təmin edən və sağlam prinsiplər ilə dünya standartlarına uyğunlaşmağı hədəfləyən strategiyaları müəyyənləşdirmişlər. Bayburt İnşaat, Bayburt Enerji, Ankabay Sığorta Vasitəçilik Xidmeti, Agrobay Parnik şirkətləri bu strategiyalar əsasında yaradılan və bugünkü vəzifə və məsuliyyətlərini qurulacaq digər şirkətlərlə gələcəyə daşıyacaq olan qrup şirkətləridir.

Podratçılıq, yanacaq satışı və istismarı, siğorta və vasitəçilik xidmətləri, məsləhətçilik, daxili və xarici ticarət, neft və neft məhsullarının paylanılması, yaş tərəvəz və meyvə istehsalı kimi müxtəlif çeşidli öhdəliklərini vaxtından əvvəl yerinə yetirmək, böyük layihələrə imza atmaq, ölkə iqtisadiyyatına fayda vermək, ixtisaslı işçilər hazırlamaq və işlə təmin etmə cəhdləri bugünki kimi sabah da yeni sektör, seni şirkət fəaliyyətləriylə davam edəcəkdir. Ölkə daxilindəki məlumat və təcrübəsini ölkə xaricinə daşıyan, daxildə olduğu kimi xaricdə də böyük layihə və işlərə imza atacaq olan qrup şirkətlərimiz gördükləri iş və xidmətin keyfiyyətinə görə adlarından bəhs etdirəcəklər...